• Ünvan AZ1121 Bakı şəhəri
  • E-mail
  • Telefon +994502702844

İNQİLABİ YANACAQDOLDURMA

Tarixi 1961-ci ilə qədər uzanan Mekser Türkiyə Respublikasının ən təcrübəli, tanınmış, etibarlı və geniş yayılmış dispenser istehsalçısıdır. Təsis edildiyi dövrdə yağlama qabları və kompressorlar istehsal edən Mekser 1976-cı ildə Türkiyənin ilk yerli dispenserini (nasoslarını) istehsal edərək bu sektorda gedişatı dəyişdirmiş və ondan sonra gələnlər üçün avanqard rolu oynamışdır. Yerli və ya regional rəqiblərindən fərqli olaraq tam inteqrasiya olunmuş istehsala əhəmiyyət verən Mekser, dispenserlərin hidravlika (sayğac və digər yanacaq ötürücü hissələr) və elektronika hissələrinin istehsalı sahəsində 30 ildən çox təcrübəsi ilə bu sektorunda yeganə istehsalçıdır.

İlk mexaniki nasoslardan sonra, yenə də ilk yerli elektron nasos və ilk orijinal yeni texnologilar (know-how) Mekser tərəfindən istifadə edilmişdir. Bütün bu təcrübəsi və yetişdirdiyi yeni oyunçular sayəsində Mekser “sektorun məktəbi” kimi tanınmışdır. 2009-cu ildə şirkətimizə qoşulan Petposan markası ilə birlikdə Türkiyədə işləyən dispenserlərin (nasosların) təxminən 50%-i şirkətimizin imzasını daşıyır.