• Ünvan AZ1121 Bakı şəhəri
  • E-mail
  • Telefon +994502702844

Dizayn, Dayanıqlılıq, Davamlılıq….

Qeyri-adi məhsullar yaradıcı dizayn, keyfiyyət və davamlılıq tələb edir. Mekser mühəndisliyi daim mükəmməl dalğanı axtaran sörfçünü xatırladır, o həmin dalğanın okeanın müəyyən bir yerində olduğunu bilir və mükəmməlliyin izinə düşür, bundan az olanla kifayətlənmir. Mekser keyfiyyətdə güzəştə getməyərək müştərisini qoruyarkən həmçinin ətraf mühiti və təbiəti qoruyur.

İNQİLABİ YANACAQDOLDURMA

Tarixi 1961-ci ilə qədər uzanan Mekser Türkiyə Respublikasının ən təcrübəli, tanınmış, etibarlı və geniş yayılmış dispenser istehsalçısıdır. Təsis edildiyi dövrdə yağlama qabları və kompressorlar istehsal edən Mekser 1976-cı ildə Türkiyənin ilk yerli dispenserini (nasoslarını) istehsal edərək bu sektorda gedişatı dəyişdirmiş və ondan sonra gələnlər üçün avanqard rolu oynamışdır. Yerli və ya regional rəqiblərindən fərqli olaraq tam inteqrasiya olunmuş istehsala əhəmiyyət verən Mekser, dispenserlərin hidravlika (sayğac və digər yanacaq ötürücü hissələr) və elektronika hissələrinin istehsalı sahəsində 30 ildən çox təcrübəsi ilə bu sektorunda yeganə istehsalçıdır.

İlk mexaniki nasoslardan sonra, yenə də ilk yerli elektron nasos və ilk orijinal yeni texnologilar (know-how) Mekser tərəfindən istifadə edilmişdir. Bütün bu təcrübəsi və yetişdirdiyi yeni oyunçular sayəsində Mekser “sektorun məktəbi” kimi tanınmışdır. 2009-cu ildə şirkətimizə qoşulan Petposan markası ilə birlikdə Türkiyədə işləyən dispenserlərin (nasosların) təxminən 50%-i şirkətimizin imzasını daşıyır.

Bizim fəlsəfəmiz

Mekserin yeni 3D yanaşması sizin üçün heyrətamiz dizaynları keyfiyyətlə birləşdirən yaradıcı fəlsəfə formalaşdırır.

Ağıllı Texnologiyalar

Mekser dispenserləri (nasosları) hər cür təbii şəraitdə problemsiz işləyə bilən keyfiyyətli avadanlıqlarla istehsal olunur. Öz sahəsinin təcrübəli mütəxəssisləri olan Mekser heyəti hər bir işdə detalı sizin üçün düşünür və tətbiq edir. Nəticədə keyfiyyəti şərtləndirən həmişə insan faktorudur. Keyfiyyəti və səmərəliliyi davamlı olaraq artırmağı hədəfləyən Mekser, mütəmadi olaraq təlimlər keçərək sertifikatlarını da yeniləyir.

Yeni nəsil MKR-5 nasos elektronikası, mövcud olan bütün avtomatlaşdırma və kassa aparatı sistemlərinə uyğundur. Bütün tələbatlara uyğun olaraq dizayn edilmiş MKR-5 sisteminin sayəsində Mekser nasosları, kassa aparatları və özünəxidmət (self-servis) kredit kartı vasitəsilə ödəmə sistemləri ilə dəst şəkildə təklif edilə bilər.

Mekserin bütün məhsullarına standart olaraq ehtiyat hissələri və görülən işə görə 2 illik zəmanət müddəti tətbiq edilir. Zəmanət müddəti başa çatdıqdan sonra da Mekser, ehtiyat hissələrin münasib qiymətləri ilə uzunmüddətli perspektivdə müştərilərinə dəstək olur və sərmayələrini qoruyur.